Gürcüstan Dəmir Yolları - Əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 3-də və 4-də əsas və şəhərətrafı istiqamətlərdə hərəkət edən qatarlar artıq reysləri həyata keçirməyəcək, yalnız Tbilisi-Batumi-Tbilisi qatarı işləyəcək
Çətin meteoroloji şərait, xüsusən də Qərbi Gürcüstanda pis hava şəraiti səbəbindən qatarların hərəkəti zamanı yolda vaxtaşırı müxtəlif maneələr yaranır, – bu barədə Gürcüstan Dəmir Yolları məlumat yayır.
Gürcüstan Dəmir Yollarının bildirdiyinə görə, mövcud çətin vəziyyəti nəzərə alaraq, əsas və şəhərətrafı istiqamətlərdə hərəkət edən qatarlar 3 və 4 yanvar tarixlərində fəaliyyətini müvəqqəti dayandıracaq.
“Yalnız Tbilisi-Batumi-Tbilisi qatarı işləyəcək.
Gürcüstan Dəmir Yolları yaranmış narahatlığa görə üzr istəyir. Sərnişinlərə biletlərin pulu tam ödəniləcək”, – məlumatda qeyd olunub.