Gürcüstan - Çexiya matçının bütün biletləri bir saatdan az müddətdə satılıb #1TVSPORT
Gürcüstan - Çexiya matçının bütün biletləri bir saatdan az müddətdə satılıb #1TVSPORT

 
Gürcüstan – Çexiya matçının bütün biletləri bir saatdan az müddətdə satılıb.

Qarşılaşmanın biletlərinin satışı bu gün saat 12:00-da tkt.ge-də başlayıb, hər bir istifadəçi isə maksimum iki bilet ala bilərdi.

“Xaçlılar” Avropa çempionatından sonra ilk qarşılaşmanı Tbilisidə, sentyabrın 7-də, saat 20:00-da, Mixeil Mesxi adına stadionda keçirəcəklər. Gürcüstan yığması bu qarşılaşma ilə rəqiblərimizin Çexiyadan başqa, Albaniya və Ukrayna yığmalarının olacağı Millətlər Liqasının B1 qrupunda mübarizəyə başlayır.

Yüksək təlabata görə saat 12:57-də bilet satışı artıq mümkün deyildi, çünki qeydiyyatdan keçmiş alıcıların növbə sayı 100 mini keçdi.

Mixeil Mesxi adına stadion 2023-cü ildə Gənclər arasında Avropa çempionatı öncəsi həyata keçirilən reabilitasiya işlərindən sonra 27 223 tamaşaçı tutur.