Gürcüstan, Birləşmiş Krallıqda Blenhaym sarayına toplaşan liderlər tərəfindən qəbul edilən Avropa Siyasi Birliyinin sammitinin bəyannaməsinə qoşuldu
Gürcüstan, Birləşmiş Krallıqda Blenhaym sarayına toplaşan liderlər tərəfindən qəbul edilən Avropa Siyasi Birliyinin sammitinin bəyannaməsinə qoşuldu

 

Gürcüstan, Birləşmiş Krallıqda Blenhaym sarayına toplaşan liderlər tərəfindən qəbul edilən Avropa Siyasi Birliyinin sammitinin bəyannaməsinə qoşuldu.

Sənəd Avropanın təhlükəsizliyi, eləcə də enerji təhlükəsizliyi və əlaqələndiricilik nöqteyi-nəzərdən xüsusi əhəmiyyət kəsb edən bir neçə əsas istiqaməti əhatə edir.

Dünyanın 50-yə yaxın ölkəsinin lideri Rusiyanın “kölgə donanması”na və ondan qaynaqlanan təhlükələrə qarşı yönəlmiş sənədi dəstəkləyib.

Xarici müdaxiləyə və dezinformasiya ilə manipulyasiyaya qarşı Avropa Siyasi Birliyinin şəbəkəsinin yaradılması haqda Fransa və Moldovanın təklifi yekun sənəddə öz əksini tapıb.

Sənəddə deyilir ki, xarici müdaxilə və informasiya ilə manipulyasiya Avropa Siyasi Birliyinə (EPC) üzv dövlətlər üçün strateji çağırış yaradır, müvafiq olaraq demokratik proseslərə qarşı birbaşa təhdidlər fonunda və cəmiyyətlərin dayanıqlığını gücləndirmək üçün Avropa dövlətləri arasında daha dərin və sürətli, operativ koordinasiyaya ehtiyac var.

Baş nazirin mətbuat xidmətinin verdiyi məlumata əsasən, sammitin bəyannaməsində gürcü tərəfinin Qara və Xəzər dənizlərinin regional əlaqələrinin gücləndirilməsi haqda təklifi öz əksini tapıb, təklif çərçivəsində Avropa Siyasi Birliyinin şimal və Baltik dənizi bölgələrində yerləşən ölkələri Ukrayna, Azərbaycan, Gürcüstan, Rumıniya, Bolqarıstan və Türkiyə ilə birlikdə Qara və Xəzər dənizlərinin regional enerji əlaqələrini dəstəkləmək üçün texniki dialoqlar silsiləsi keçirəcəklər. Dialoqların əsas məqsədi Qara və Xəzər dənizinin EPC üzvlərinin regional enerji əlaqələri ilə bağlı çağırışları həll etmələri və təmiz enerji istehsalı baxımından öz energetika potensialından istifadə etmələri üçün ölkələrin təcrübəsinin, resursları, bilik və təcrübənin praktiki şəkildə mübadiləsi olacaq.