Gürcüstan və Azərbaycan dövlət sərhədinin demilitasiya və demarkasiya komissiyaları ekspertləri görüşünün ikinci mərhələsi başladı, – bu barədə məlumatı Gürcüstan Xairici İşlər Nazirliyi yayır.
Elə onların məlumatına görə, görüş çərçivəsində iki ölkə komissiyaları ekspertləri Gürcüstan və Azərbaycan dövlət sərhədi xəttinin qalmış hissələrini gözdən keçirəcəklər və geodeziya-ölçmə işlərini aparacaqlar.
“2019-cu ilin sentyabrın 23-də Gürcüstan və Azərbaycan dövlət sərhədinin demilitasiya və demarkasiya komissiyaları ekspertləri görüşünün ikinci mərhələsi başladı. Görüş çərçivəsində iki ölkə komissiyaları ekspertləri Gürcüstan və Azərbaycan dövlət sərhədi xəttinin qalmış hissələrini gözdən keçirəcəklər və geodeziya-ölçmə işlərini aparacaqlar. Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiya ekspertlərinin ilk görüşü cari ilin 19-23 avqustunda keçirildi”, – XİN-in yaydığı bəyanatda qeyd olunur.