Gürcüstan aeroportları cari ilin iyulunda, keçən ilin eyni dövrü ilə müqayisədə, 44 959-la az sərişinə xidmət göstərdi
Gürcüstanın hər beş aeroportu – Tbilisi, Batumi, Kutaisi, Mestiya, Ambrolauri, 2019-cu ilin iyulunda 571 848 sərişinə xidmət göstərdi, bu isə, 2018-ci ilin iyul göstəriciləri ilə müqayisədə 44 959 ilə azdır, – Gürcüstan Aeroportlar Birliyinin göstəricisi bu cürdür.
İdarənin məlumatına görə, sərnişin axınının 7,3 faiz ilə azalması 2019-cu il iyulun 8-də, Rusiya istiqamətinə birbaşa reyslərin dayandırılmasına görə baş verdi.
Bununla yanaşı, 2019-cu ilin iyulunda Tbilisi Beynəlxalq Aeroportu 384 632 sərnişinə xidmət etdi. Bu isə, öncəki ilin analoji dövrü ilə müqayisədə, 10 faiz ilə azdır.
Eyni hesabat dövründə sərnişin axını Batumi Beynəlxalq Aeroportunda da azaldı.
Kutaisi Beynəlxalq Aeroportunda sərnişin axınının 14 faizlik artımı qeydə alındı.
Mestiya və Ambrolauri aeroportlarına gəldikdə, 2019-cu ilin iyulunda cəmi 1 046 sərnişinə xidmət göstərildi. 2018-ci ildə bu göstərici 984 idi.