Gürcü şərab məhsulunun yerli bazarda populyarlaşdırılması üzrə dövlət proqramı çərçivəsində Tbilisidə “Zero Compromise” təbii şərab festivalı keçirilir
Gürcü şərab məhsulunun yerli bazarda populyarlaşdırılması üzrə dövlət proqramı çərçivəsində Tbilisidə 2-3 may tarixlərində “Zero Compromise” təbii şərab festivalı keçirilir, – bu barədə Milli Şərab Agentliyi məlumat yayır.
Onların məlumatına görə, Gürcüstanın Milli Şərab Agentliyi artık ikinci ildir ki, yerli bazarda gürcü şərab məhsullarının populyarlaşdırılması üzrə dövlət proqramını Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ilə koordinasiyada həyata keçirir.
“Proqram çərçivəsində Gürcüstan miqyasında şərab sərgiləri, müsabiqələr və festivallar keçirilir ki, bu da şərab turizminin potensialının və şərab istehlakı mədəniyyətinin artırılması baxımından vacibdir.
“Təbii Şərab” Assosiasiyasının təşəbbüsü ilə hər il keçirilən “Zero Compromise” festivalı 2018-ci ildən etibarən təşkil olunur. Cari il festivalda assosiasiyanın 84 yerli üzvü və müxtəlif ölkələrdən, o cümlədən Fransa, İtaliya, İspaniya, Avstriya, Yaponiya, Avstraliya, Tayvan, Meksika, Türkiyə, Sloveniyadan 30 şərab anbarı iştirak edir.
Festivalda iştirak edən üzümçülər və şərabçılar üzüm bağlarında sistemli preparatlardan, mineral gübrələrdən, herbisidlərdən istifadə etmir, şərabı hər hansı sənaye əlavələri olmadan hazırlayırlar. Məhz bu şəkildə dəmlənən şərab “təbii şərab” adlanır və festival ənənəvi şəkildə şərabını dəmləyən istehsalçıları bir araya gətirir.
Festivala hər il bir çox ölkələrdən şərab idxalçıları, jurnalistlər, yazıçılar və bu sahədə digər peşəkarlar gəlir ki, bu da Gürcüstan şərab anbarlarının nümayəndələrinə öz şərablarını potensial alıcılara yerində təqdim etməyə imkan verir. Bu il Milli Şərab Agentliyinin dəstəyi ilə festivalı amerikan şərab mütəxəssisləri və dünyanın müxtəlif ölkələrindən olan şərab mütəxəssisləri ziyarət edirlər”, – Milli Şərab Agentliyinin məlumatında deyilib.