Gürcü olimpiya iştirakçıları Parisə yola düşməzdən əvvəl olimpiya andı içdilər #1TVSPORT
Gürcü olimpiya iştirakçıları Parisə yola düşməzdən əvvəl olimpiya andı içdilər #1TVSPORT

 
Gürcüstanın olimpiya komandası Paris Olimpiadasına yollanacaq. Oyunlar iyulun 26-da başlayacaq və avqustun 11-də başa çatacaq. Gürcüstanın Birinci Kanalı, Birinci Kanal İdman və Gürcüstan Radiosu canlı reportajları təqdim edəcək.

Bu gün idmançılarımız təntənəli mərasimdə olimpiya andı içdilər.

Gürcüstanın Milli Olimpiya Komitəsinin prezidenti Leri Xabelov tədbirin açılışını etdi və yada saldı ki, bəzi ölkələrdən fərqli olaraq Gürcüstanın çoxlu nümayəndəsi yoxdur, lakin idmançılarımız Olimpiya Oyunlarında hər zaman yüksək nəticələr əldə ediblər. Paris Oyunlarından əvvəl şüarımız dəyişməyib- əvvəlki olimpiyadadan daha yaxşı.

İkiqat olimpiya çempionu Laşa Talaxadze və on qat olimpiya iştirakçısı, Seul 1988-in qalibi Nino Salukvadze Paris 2024-ün açılış mərasimində Gürcüstanın bayraqdarları olacaqlar.

Andiçmə mərasimində hökumət nümayəndələri iştirak ediblər və idmançılara uğurlar və qələbə arzulayıblar.

28 gürcü idmançı 2024-cü ilin Paris Olimpiya Oyunlarına lisenziyanı rəsmən qazanıblar. Bundan başqa, tarixdə ilk dəfə olaraq Gürcüstanın cüdoçulardan ibarət qarışıq komandası Olimpiya Oyunlarında komanda birinciliyində də mübarizə aparacaq.

Paris Olimpiyadasının lisenziya sahiblərinin siyahısı:

1. Nino Salukvadze (güllə atıcılığı)

2. Laşa Quruli (boks)

3. Qiorqi Kuşitaşvili (boks)

4. Qoderdzi Dzebisaşvili (sərbəst güləş, 65 kq.)

5. Vladimer Qamğrelidze (sərbəst güləş, 86 kq.)

6. Qivi Macaraşvili (sərbəst güləş, 97 kq.)

7. Qeno Petriaşvili (sərbəst güləş, 125 kq.)

8. Ramaz Zoidze (Yunan-Roma güləşi, 67 kq.)

9. Robert Kobliaşvili (Yunan-Roma güləşi, 97 kq.)

10. Laşa Qobadze (Yunan-Roma güləşi, 87 kq.)

11. Sandro Bazadze (qılıncoynatma)

12. Luba Qolovina (batutda tullanma)

13. Şota Mişvelidze (ağır atletika, 61 kq.)

14. İrakli Çxeidze (ağır atletika, 102 kq.)

15. Laşa Talaxadze (ağır atletika, + 109 kq.)

16. Qiorqi Sardalaşvili (cüdo, -60 kq.)

17. Vaja Marqvelaşvili (cüdo, -66 kq.)

18. Laşa Şavdatuaşvili (cüdo, -73 kq.)

19. Tato Qriqalaşvili (cüdo, -81 kq.)

20. Laşa Bekauri (cüdo, -90 kq.)

21. İlia Sulamanidze (cüdo, -100 kq.)

22. Quram Tuşişvili (cüdo, +100 kq.)

23. Eter Liparteliani (cüdo, -57 kq).

24. Eter Askilaşvili (cüdo, -63 kq.)

25. Sopio Somxişvili (cüdo, +73 kq.)

26. Lika Xarçilava (atletika – qaçış, 100 m.)

27. Ana Nijaradze (üzgüçülük, kəpənək, 100 m)

28. Noe Pantsxava (arxası üstə üzmə 100 m)

Qadın və kişilərdən ibarət qarışıq cüdo komandası.