Gürcü kənd təsərrüfatı və qida məhsulları Çində keçirilən “SIAL Guangzhou” beynəlxalq sərgisində ilk dəfə təqdim olunur

12:29, 05.09.2026

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Kənd Təsərrüfatının İnkişafı Agentliyinin təşkilatçılığı ilə Gürcüstan bu il ilk dəfə Çinin Quancou şəhərində keçirilən “SIAL Guangzhou” beynəlxalq sərgisində iştirak edir. Bununla yanaşı, SIAL formatlı beynəlxalq sərgilərdə gürcü kənd təsərrüfatı və qida məhsulları Çində artıq üçüncü dəfədir təqdim olunur.

Gürcüstan pavilyonunda 11 gürcü şirkəti təmsil olunur. “Açinebuli”, “Artvayn”, “Akto”, “Kaxetinin Ənənəvi Şərabçılığı”, “Ruispiri”, “Çelti”, “Takara Vayns”, “Xodeli Meğvineoba”, “Mukuzani Şərab Zirzəmisi”, “Tsğali Marqebeli” və “IDS Borjomi” sərgidə şərab, spirtli içkilər, təbii şirələr və mineral sular təqdim edəcəklər.

“SIAL Guangzhou” gürcü şirkətləri üçün potensial tərəfdaşlarla görüşmək, yeni işgüzar əlaqələr qurmaq və məhsullarını beynəlxalq auditoriyaya təqdim etmək imkanı yaradan mühüm biznes platformasıdır. Çində keçirilən “SIAL Guangzhou” sərgisində Gürcüstan pavilyonunun ilk dəfə təqdim olunması gürcü kənd təsərrüfatı və qida məhsullarının tanınmasının artmasına və yeni bazarların mənimsənilməsinə kömək edir ki, bu da gürcü məhsullarının ixrac coğrafiyasının genişləndirilməsinə şərait yaradır. Gürcüstanın beynəlxalq SIAL sərgilərində iştirakı gürcü kənd təsərrüfatı və qida məhsullarının populyarlaşdırılmasına və beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsinə xidmət edir.

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayır.

Oxşar