Gürcü futbolçuların transfer qiymətləri artıb - Mamardaşvili dünyanın ən bahalı qapıçısı oldu, Mikautadzenin qiyməti 20 milyon avrodur #1TVSPORT
Qiorqi Mamardaşvili və Qiorqi Mikautadzenin transfer qiymətləri yenidən artıb-yenilənmiş qiymətləndirmələri “transfermarkt” dərc edib.
Avropa çempionatına qədər Gürcüstan yığmasının və “Valencia”nın qapıçısının şərti transfer dəyəri 35 milyon idi və bu göstərici ilə 23 yaşlı Mamardaşvili dünyanın ən yaxşı qapıçıları arasında idi.
Möhtəşəm keçən Avro 2024-dən sonra beynəlxalq analitik portalı, “Whoscored” və “ESPN” teleşirkəti tərəfindən Qiorqi turnirin simvolik komandasına daxil edildi, “transfermarkt” isə onun qiymətini 45 milyon avroya artırdı, bununla da portuqaliyalı Dioqo Koşta ilə birlikdə dünyanın ən bahalı qapıçısı oldu.
Həmçinin, Avropa çempionatının həm bombardiri və “Qızıl buts”un sahibi Qiorqi Mikautadzenin qiyməti artıb, onun qrafasında indi 15 milyon yox, 20 milyon yazılıb.
Qiorqi Koçoraşvili (1 milyondan 2,5 milyona), Laşa Dvalinin (900 mindən 1,5 milyona) və Otar Kakabadzenin (600 mindən 1 milyona) transfer dəyəri də artıb.
Ən bahalı gürcü futbolçuların beşliyi :
Xviça Kvaratsxelia, “Napoli” – 80 milyon avro
Qiorqi Mamardaşvili, “Valencia” – 45 milyon avro
Qiorqi Mikautadze, “FC Metz” – 20 milyon avro
Otar Kiteişvili, “Sturm” – 5 milyon avro
İrakli Azarov, “Shakhtar” – 3,5 milyon avro