“Gürcü Arzusu”nun liderləri və tərəfdarları Azadlıq Meydanına doğru yürüş edirlər [foto]
“Gürcü Arzusu”nun liderləri və tərəfdarları Azadlıq Meydanına doğru yürüş edirlər [foto]

“Gürcü Arzusu”nun seçki kampaniyasının yekun tədbirindən əvvəl Azadlıq meydanına doğru yürüşü davam edir.

“Gürcü Arzusu”nun tərəfdarları bir neçə yerdən Azadlıq meydanına doğru gedirlər.

Tədbirin rəsmi hissəsi saat 19:00-da başlayacaq və “Gürcü Arzusu”nun liderləri seçicilərə müraciət edəcək.

Rəsmi çıxışlar başlamazdan əvvəl musiqiçilər Azadlıq meydanına toplaşanlara musiqi nömrələri təqdim edirlər.

Seçki tədbirinə bölgələrdən olan vətəndaşlar da qoşulub. Həmçinin paytaxt miqyası ilə motosikletlər və skuterlərlə yürüş keçirilib. Yürüş iştirakçıları bildirirlər ki, onların məqsədi “Gürcü Arzusu”na dəstək ifadə etmək və hər kəsi düzgün seçim etməyə çağırmaqdır.