“Gürcü Arzusu”nda bildirirlər ki, amnistiya qanununun qəbulundan sonra 1000-dən çox məhbus həbsxananı qanun qüvvəyə mindikdən dərhal sonra, 5 000 nəfər isə mərhələli şəkildə tərk edəcək
“Gürcü Arzusu”nda bildirirlər ki, amnistiya qanununun qəbulundan sonra 1000-dən çox məhbus həbsxananı qanun qüvvəyə mindikdən dərhal sonra, 5 000 nəfər isə mərhələli şəkildə tərk edəcək

Parlament çoxluğunun lideri Mamuka Mdinaradzenin bildirdiyinə görə, amnistiya qanunu sonunda, təxminən 6 000 məhbusa təsir edəcək.

Mdinaradze çoxluğun iclasından sonra keçirilən brifinqdə, bunun ən miqyaslı amnistiyalardan biri olduğunu və insanlara sosiallaşmaq imkanı veriləcəyini, bunun da vacib olduğunu bildirib.

“Sabah və sonrakı günlərdə biz müxtəlif vaxtlarda və müxtəlif formalarda 6 000-ə qədər məhbusa təsir edəcək amnistiya qanununu müzakirə edəcəyik. Bunlardan 1000-dən çoxu amnistiya qüvvəyə mindikdən dərhal sonra, 5000 məhkum isə müxtəlif vaxtlarda mərhələli şəkildə həbsxananı tərk edəcək. Bu, ən miqyaslı amnistiyalardan biridir. Bir çox fərziyyələrə baxmayaraq, biz yaxşı iş görürük və insanlara yenidən sosiallaşmaq imkanı veriləcək ki, bu da hökm çıxarılarkən nəzərə alınır”, – deyə Mamuka Mdinaradze bildirib.