"Gürcü Arzusu" Tbilisi bələdiyyəsi üzrə majoritar namizədlərini bu gün təqdim edəcək
“Gürcü Arzusu” mərkəzi ofisində Tbilisi bələdiyyəsinə majoritar namizədlərini bu gün təqdim edəcək.
Partiyanın mətbuat xidmətinin məlumatına görə, tədbir saat 21:00-da başlayacaq.
“Medianı partiyanın mətbuat xidməti tərəfindən təqdim olunan birbaşa efirin ümumi siqnalı ilə təmin edəcəklər. Tədbirə media xüsusi buraxılış vərəqələri ilə buraxılacaq, bu buraxılış vərəqələri isə yerində müvafiq mətbuat vəsiqəsi təqdim edildikdən sonra veriləcək. Media üçün xüsusi yer ayrılacaq və tədbir zamanı hərəkət məhdudlaşdırılacaq. Tədbirin bitdikdən sonra isə mətbuat üçün ayrılmış xüsusi guşədə şərhlər veriləcək”, – partiyanın mətbuat xidmətinin məlumatında qeyd edilib.
Bununla yanaşı, “Gürcü Arzusu” Tbilisi merliyinə namizəd kimi Kaxa Kaladzeni rəsmi olaraq 31 iyulda təqdim edib.
Gürcüstanda yerli özünüidarətmə seçkiləri cari ilin oktyabrın 4-də keçiriləcək.