“Gürcü Arzusu”- partiyanın seçki qərargahının rəhbərinin səhhəti ilə əlaqədar oktyabrın 1-nə planlaşdırılan proqramın təqdimatı bir neçə gün təxirə salındı
“Gürcü Arzusu”- partiyanın seçki qərargahının rəhbərinin səhhəti ilə əlaqədar oktyabrın 1-nə planlaşdırılan proqramın təqdimatı bir neçə gün təxirə salındı

 

“Gürcü arzusu” seçki qərargahının rəhbərinin səhhətinə görə oktyabrın 1-nə nəzərdə tutulan seçki proqramının təqdimatı bir neçə gün təxirə salınıb. Məlumatı “Gürcü arzusu”nun mətbuat xidməti yayıb.

Onların məlumatına görə, proqramın təqdimatı gələn həftənin əvvəlində keçiriləcək.

“Gürcü arzusu” bildirir ki, hakim partiyanın mətbuat xidməti yaxın bir neçə gün ərzində tarixlə bağlı ətraflı məlumat verəcək.

“Gürcü arzusu”nun seçki qərargahına İrakli Kobaxidze rəhbərlik edir.