“Gürcü Arzusu” çoxluğunun bugünkü iclasında parlament mövqelərini müzakirə ediblər
“Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradzenin bildirdiyinə görə, “Gürcü Arzusu” çoxluğunun bugünkü iclasında parlament mövqelərini və təşkilati məsələləri müzakirə ediblər.
Mdinaradzenin iclasdan sonra keçirilən brifinqdə jurnalistlərə bildirdiyi kimi, bazar ertəsi onlar komitə sədrləri, həmçinin vitse-spikerlər vəzifələrinə kimin namizəd olacaqlarını irəli sürəcəklər.
“Bazar ertəsi səhər biz komitələrin rəhbərlərinin, parlament liderlərinin, vitse-spikerlərin və s. adlarını çəkməli olacağıq. Köhnə vəzifəli şəxslərlə, Gürcüstan parlamentində fəal üzvlər olan parlamentin rəsmi şəxsləri ilə bağlı heç bir xüsusi sürprizimiz olmayacaq. Onlar öz mövqelərini qoruyub-saxlayacaqlar, yer dəyişiklikləri və ya təltif edilənlər olacaq. Təbii ki, müəyyən yeniliklərimiz də olacaq”, – deyə Mamuka Mdinaradze bildirib.
Bununla yanaşı, media nümayəndəsi Mdinaradzeyə Tea Tsulukianinin vitse-spiker vəzifəsini tutub-tutmayaçağı sualını ünvanladı, cavab olaraq Mdinaradze qeyd etdi:
“Bazar ertəsi səhər bu barədə danışsam da, sirrin bir hissəsini sizinlə paylaşdım, dedim ki, Gürcüstan parlamentində qalan və siyahıda olan parlamentin vəzifəli şəxslərinin heç biri əvvəlki vəzifə və mövqeyini itirməyəcək. Tea xanımdan danışırsınızsa, təbii ki, o, vitse-spiker vəzifəsini tutmaq üçün gözəl namizəddir, lakin bu haqda bazar ertəsi ətraflı məlumat verəcəyik”.