Gürcü akapellası beynəlxalq festivalın qalibidir
Gürcü akapellası beynəlxalq festivalın qalibidir

“Bookmarks” adlı gürcü akapella qrupu Leypsiq Beynəlxalq Festivalının qalibi olub. Müsabiqə bir neçə gün ərzində məşhur “Gewandhaus” zalında keçirilirdi. Münsiflər heyəti müxtəlif ölkələrdən olan akapella qrupları arasında birinci yeri “Bookmarks” qrupuna verib.

Artıq mükafatlandırma mərasimi keçirilib və bu gün festivalın yekun konserti baş tutacaq, burada məşhur alman və fin qrupları ilə birlikdə gürcülər də üç mahnı ifa edəcəklər. Qeyd etmək lazımdır ki, 2026-cı ildə Almaniyada festival çərçivəsində “Bookmarks” qrupunun solo konserti də planlaşdırılıb.