Gurcaanidə Axtala parkının layihələndirilməsinə başlanılır
İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu müsabiqədə qalib gələn şirkətlə müvafiq müqavilə imzalayıb. Xidmət müddəti altı ay olaraq müəyyən edilib.
Layihəyə əsasən, Axtala Parkında uşaq, idman, mədəni və təhsil məkanları planlaşdırılacaq, həmçinin ərazidə rekreasiya zonaları, piyada və velosiped yolları şəbəkəsi salınacaq.
İnfrastruktur Nazirliyi məlumat yayır.