Gürcüstan aviasiya bazarına ilk müntəzəm uçuşu Norveçin ən böyük və Skandinaviyanın ikinci ən böyük “Norwegian” aviaşirkəti həyata keçirib

13:34, 28.06.2026

Gürcüstan aviasiya bazarına ilk müntəzəm uçuşu Norveçin ən böyük və Skandinaviyanın ikinci ən böyük “Norwegian” aviaşirkəti həyata keçirib. Məlumatı İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayır.

Qurumun məlumatına görə, ilk uçuşu Tbilisi Beynəlxalq Hava Limanında İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavini Tamar İoseliani qarşılayıb.

“Aşağı büdcəli “Norwegian” aviaşirkəti Kopenhagen – Tbilisi – Kopenhagen reysini həftədə iki dəfə yerinə yetirəcək. Tbilisi Hava Limanında ilk uçuşun (inaqurasiya uçuşunun) qarşılanma mərasimində həmçinin Gürcüstan Hava Limanları Birliyinin baş direktoru Levan Moseşvili və Tbilisi və Batumi hava limanlarının idarəedici şirkəti “TAV Georgia”nın baş meneceri Tea Zakaradze iştirak ediblər. Qeyd etmək lazımdır ki, 2026-cı ilin 5 ayı ərzində Gürcüstan ilə Avropa arasında 952 480 sərnişin daşınması qeydə alınıb ki, bu da 2025-ci ilin müvafiq dövrünün göstəricilərini 18% üstələyir. Cari ilin yay naviqasiya mövsümünün pik dövründə Gürcüstan ilə Avropa arasında uçuşlar 46 hava xətti üzrə, həftədə təxminən 170-175 tezliklə həyata keçiriləcək”, – yayılan məlumatda deyilib.

Oxşar