Gün ərzində İsrail ordusunun Qəzza zolağını atəşə tutması nəticəsində azı on nəfər həlak oldu
İsrail ordusunun Qəzza zolağının atəşə tutması nəticəsində azı 10 nəfər həlak olub. Hərbi əməliyyat nəticəsində yaralananlar var. Yayılan məlumata əsasən, Beyt Lahia şəhərində üç yaşayış evi və Nuseyrat qaçqın düşərgəsi bombalandı.
İsrail ərəb anklavının şimal-qərb hissəsinə tanklar göndərdi.
Qəzza sakinləri bildirir ki, yeni hava və quru hücumları və məcburi təxliyə bufer zonalar yaratmaq üçün Qəzzanın şimalındakı iki şəhəri, onların sakinlərini və qaçqın düşərgələrini boşaltmaq məqsədi daşıyan etnik təmizləmədir.
İsrail ordusunun Qəzza zolağında ötən gün ərzində keçirdiyi əməliyyat nəticəsində azı 33 nəfər həlak oldu, 156 nəfər isə yaralandı.
Ötən ilin oktyabrından sonra ərəb anklavında hərbi əməliyyatlar nəticəsində 43 374 nəfər həlak oldu, 102 261 nəfər isə yaralandı.