Güləş Federasiyasının prezidenti Gega Gegeşidze həbs edildi
Güləş Federasiyasının prezidenti Gega Gegeşidze həbs edildi

Gürcüstanın Güləş Federasiyasının prezidenti Tamaz (Gega) Gegeşidze İdman sarayında baş verən faktla bağlı həbs edildi.

Bu barədə bəyanarı Daxili İşlər Nazirliyi yayır.

Nazirliyin məlumatına görə, Gega Gegeşidze Gürcüstanın Cinayət Məcəlləsini  126-cı maddəsinin 1-ci hissəsi ilə həbs olunub, hansı ki, fiziki zorakılığı nəzərdə tutur.

“İstintaq nəticəsində məlum oldu ki, cari ilin yanvarın 11-də, İdman sarayında baş verən qarşıdurma zamanı, Tamaz Gegeşidze idmançı Zurab Datunaşviliyi fiziki təhqir etdi (dövdü).

Baş verən faktla bağlı istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 126-cı və 239-cu maddəsi ilə davam edir” – deyilir Nazirliyin bəyanatında.