Güclü yağış Laqodexi bələdiyyəsində problemlər yaradıb
Güclü yağış Laqodexi bələdiyyəsində problemlər yaradıb

Laqodexi bələdiyyəsində həddindən güclü yağınti və daşmış çaylar kəndlərin su altında qalmasına səbəb oldu. Bələdiyyə ərazisinin böyük bir hissəsi zədələnib, yaşayış evləri, bağ sahələri, üzüm bağları və tərəvəz bağları su altında qalıb.

Təbii fəlakət ən çox Verxvismindori, Uzuntala və Qancala kəndlərinin sakinlərinə ziyan vurub.

Bütün gecə boyu təbii fəlakət zonasında xilasetmə işləri fəal şəkildə davam etdirilir. Xilasetmə xidmətinin və meriyanın müvafiq xidmətləri hadisə yerinə səfərbər olunub.