Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti bərpa edilib
Gürcüstan İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti bərpa edilib.
“Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində avtonəqliyyatın hərəkəti dayanmadan keçmək rejimində, Qudauri (Posta)-Kobi hissəsində isə yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.
Qoşqulu, yarımqoşqulu avtonəqliyyat vasitələrinin və sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş M3 kateqoriyalı (sürücü oturacağı istisna olmaqla, 8-dən çox oturacaq yeri olan) və ümumi kütləsi 5 tondan çox olan) avtonəqliyyat vasitələrinin hərəkəti tunellərdə birtərəfli olaraq həyata keçiriləcək”, – Gürcüstan Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunub.