Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti qadağandır
Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti qadağandır

Qudauri (Posta)- Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti qadağandır, – bu barədə İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayır.

Onların məlumatına görə, qeyd olunan hissədə məhdudiyyət çətin meteoroloji şəraitə görə tətbiq edilib.

“Çətin meteoroloji şəraitlə əlaqədar beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun 93km-107km hissəsində ​​(Qudauri (Posta)-Kobi) qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb, digər növ avto nəqliyyat vasitələrin hərəkəti sərbəstdir”, – Avtomobil Yolları Departamentinin məlumatında deyilib.