“Guardian” – Türkiyə və Rusiya prezidentləri arasında bu həftə danışıqlar baş tutacaq

12:27, 22.08.2022

 

“Guardian” nəşri rus mətbuatına istinadən bu həftə Türkiyə və Rusiya prezidentləri arasında danışıqların baş tutacağını yazır.

Yayılan məlumatlarda, əsas müzakirə mövzusunun Zaporojie AES ətrafındakı vəziyyət və Rusiyanın Ukraynadakı müharibəsi olacağı deyilir.

Lvovda Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Qutiereş ilə görüşdən sonra Türkiyə prezidenti Vladimir Putinlə danışmağı planlaşdırdığını açıqlayıb. Rəcəb Tayyib Ərdoğan Putini Zaporojie AES ilə bağlı xüsusi tədbirlər görməyə çağırmalı olduğunu bildirib.

Xatırladaq ki, Zaporojie AES artıq bir neçə aydır rusların nəzarətindədir. Son bir neçə həftə ərzində Zaporojiedə vəziyyət xüsusilə gərginləşib.

Oxşar