Qroznıda rusiyalı jurnalist Yelena Milaşinaya və vəkilinə hücum edilib
Qroznıda rusiyalı jurnalist Yelena Milaşinaya və vəkilinə hücum edilib

Məşhur rusiyalı jurnalist Yelena Milaşina və onun vəkili Aleksandr Nemov Qroznıda hücuma və fiziki təzyiqə məruz qalıb.

Jurnalist Çeçenistanın paytaxtında hüquq müdafiəçisi Zarema Musaevanın məhkəməsində iştirak etməli idi. Milaşinanın sözlərinə əsasən, hücum edənlər nə etdiklərini bilir və onlarda olan elektron cihazları almaq istəyiblər.

Hücum zamanı Yelena Milaşinanın saçları qırxılıb və döyülüb, daha sonra üzərinə yaşıl boya tökülüb. Onun bədənində qançırlar, Nemovda isə bıçaq xəsarətləri var.