Qriqol Qeqelia - ATƏT/DTİHB müşahidəçilərinin Gürcüstanda olmasını təqdir edirik və burada olan bütün missiyalarla tam koordinasiyada olacağıq
Qriqol Qeqelia - ATƏT/DTİHB müşahidəçilərinin Gürcüstanda olmasını təqdir edirik və burada olan bütün missiyalarla tam koordinasiyada olacağıq

ATƏT/DTİHB müşahidəçilərinin Gürcüstanda olmasını təqdir edirik. Bu mühüm məsələdir, bunun üzərində biz də işləyirdik, – bu barədə “Güclü Gürcüstan – Lelo”nun liderlərindən biri Qriqol Qeqelia brifinqdə bildirib.

Onun sözlərinə görə, partiya Gürcüstanda işləyəcək bütün missiyalarla tam koordinasiyada olacaq.

“Seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakı çox önəmlidir. Biz bu seçkilərə həmişə “seçkilər” və “de-fakto seçkilər” deyirik və bundan sonra da belə adlandıracağıq, çünki bizim üçün aydındır ki, Gürcüstanda seçkilərin ideyası və praktikası zəifləyib və zədələnib. İctimaiyyətin seçki prosesinə inamı çox aşağıdır və bunun məsuliyyəti təbii ki, “Gürcü Arzusu” rejiminə aiddir. Eyni zamanda, biz hesab edirik ki, mübarizənin bütün vasitələrindən istifadə etmək lazımdır. Bu baxımdan, əlbəttə, ATƏT/DTİHB müşahidəçilərinin Gürcüstanda olmasını məmnuniyyətlə qarşılayırıq. Bu vacib məsələdir və onun üzərində biz də çalışmışıq. Əlbəttə, burada olacaq bütün missiyalarla tam koordinasiyada olacağıq”, – Qriqol Qeqelia bildirib.