Qrenlandiyanın Baş naziri - ABŞ yenidən Qrenlandiya üzərində nəzarəti təmin etmək istəyir
ABŞ yenidən Qrenlandiya üzərində nəzarəti təmin etmək istəyir, – bu barədə Qrenlandiyanın Baş naziri Yens-Fridrix Nilsen bildirib.
“ABŞ-ın Qrenlandiya və onun xalqına baxışı dəyişməyib: Qrenlandiya ABŞ-a bağlı olmalı və oradan idarə olunmalıdır”, – Nilsen bildirib.
Onun dediyinə görə, ABŞ Qrenlandiyanı əldə etmək və nəzarət etmək üçün yollar axtarmağa davam edir.
“Hamımız sabah nə baş verə biləcəyi ilə bağlı daimi qeyri-müəyyənlik içində yaşayırıq. Bunu çox açıq şəkildə demək istəyirik: bu, qəbuledilməzdir”, – deyə Nilsen deyib.
Həmçinin Qrenlandiyanın Baş naziri qeyd edib ki, əgər ölkələr beynəlxalq hüquq və qaydalara əməl etməsələr, böyük dövlətlər dünyanı bölmək riski yaradırlar, çünki azadlıq və öz müqəddəratını təyinetmə hüququ artıq mövcud olmayacaq.