Qrenlandiya Assambleyasının siyasi partiyalarının liderləri bildirirlər ki, parlament ABŞ-ın təhdidləri ilə bağlı müzakirə aparmaq üçün təcili iclas keçirəcək
Qrenlandiya Parlamenti ABŞ təhdidini müzakirə etmək üçün iclas keçirəcək. Bu barədə Qrenlandiya Assambleyasındakı beş siyasi partiyanın liderləri birgə bəyanatda bildiriblər.
Bəyanatda qeyd olunur ki, Qrenlandiya sakinləri öz gələcəklərinə başqalarının təzyiqi və müdaxiləsi olmadan qərar verməlidirlər.
“ABŞ-ın ölkəmizə qarşı hörmətsizliyinə son qoyması istəyimizi bir daha vurğulayırıq. Biz amerikalı olmaq istəmirik, danimarkalı olmaq istəmirik, qrenlandiyalı olmaq istəyirik. Ölkəmizin gələcəyinə başqa ölkələrin təzyiqi və müdaxiləsi olmadan özümüz qərar verməliyik”, – bu barədə Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsenin sosial mediada dərc etdiyi partiya liderlərinin bəyanatında deyilib.
Qrenlandiya parlamentinin iclası 3 fevralda planlaşdırılmışdı, lakin liderlər iclası təcili keçirəcəklərini bildirdilər. İclasın keçiriləcəyi hələlik tarix məlum deyil.
Məlumat üçün bildirək ki, 3 yanvarda Venesuelada keçirilmiş hərbi əməliyyatdan sonra ABŞ prezidenti Donald Tramp yenidən Qrenlandiyanı nəzarətdə saxlamaq istəyi barədə fəal şəkildə danışmağa başlayıb. Ağ Evin mətbuat katibi Kerolain Levit bildirib ki, ABŞ prezidenti və onun müşavirləri Qrenlandiyanın almaq üçün bir neçə variantı nəzərdən keçirirlər. Buna cavab olaraq Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, Qrenlandiyanın ABŞ tərəfindən zorla ilhaq edilməsi NATO-nun sonu olacaq.