Gömrük zabitləri külli miqdarda bəyan edilməmiş qızıl zinət əşyalarının qanunsuz gətirilməsi faktının qarşısını alıblar
Noyabrın 13-14-də Maliyyə Nazirliyinin Gəlirlər Xidməti tərəfindən “Sarpi” gömrük keçid məntəqəsində üç qanun pozuntusunun qarşısı alınıb. Məlumatı Gəlirlər Xidməti yayır.
Xüsusi ilə, gömrük zabitləri şübhə əsasında Gürcüstan və xarici ölkə vətəndaşlarının üzərinə, eləcə də onlara məxsus baqajlarına ətraflı baxış nəticəsində, bəyan edilməmiş 15 ədəd qızıl külçə (ümumi çəkisi: 22 qram) və qızıl-zinət əşyaları (ümumi çəkisi: 160 qram) aşkar ediblər.
“Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 41 754 lari təşkil edib. Qanun pozuntusunu törətmiş vətəndaşlardan birinin işinin materialları əlavə tədbir görülməsi məqsədilə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib, qanun pozuntusunu törətmiş 2 vətəndaşa isə Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə uyğun olaraq ümumilikdə 21 376 lari məbləğində cərimə kəsilib”, – Gəlirlər Xidmətinin məlumatında deyilir.