Qldani Futbol Mərkəzində yeni meydança açılıb #1TVSPORT
Gürcüstan Futbol Federasiyasının Qldani Futbol Mərkəzində daha bir yeni meydança açılıb, hansı ki, FIFA-nın “FIFA Arena” layihəsinin maliyyələşdirilməsi ilə yenilənib.
Açılış mərasimində FİFA-ya üzv assosiasiyaların regional koordinatoru Marko Feri, Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili, birinci vitse-prezident Kaxa Çumburidze, baş direktor Davit Muciri və uşaq futbolunun inkişafı şöbəsinin rəhbəri Qoça Tamazaşvili iştirak edirdilər.
Gürcüstan FIFA Arena layihəsi çərçivəsində yeni mini meydançanın açıldığı ilk ölkədir ki, buna bənzəri artıq Futbol Federasiyasının Varketili Futbol Mərkəzində fəaliyyət göstərir.