Qivi Mikanadzenin rəhbərliyi ilə kolleclərin Direktorlar Şurasının növbəti iclası keçirilib
Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Qivi Mikanadzenin rəhbərliyi ilə Rustavi şəhərindəki “Modus” Kollecində Peşə Təhsili Müəssisələrinin Direktorlar Şurasının iclası keçirilib.
Təhsil, Elm və Gənclər Nazirliyinin məlumatına görə, görüşdə nazir iştirakçılara Baş Nazir İrakli Kobaxidzenin ictimaiyyətə təqdim etdiyi ali təhsilin əsaslı islahatının əsas istiqamətləri barədə məlumat verib.
Qivi Mikanadzenin qeyd etdiyi kimi, islahatın həyata keçirilməsi ilə paralel olaraq peşə təhsilinin inkişafına və möhkəmlənməsinə töhfə vermək vacibdir.
“Toplantıda həmçinin kollec infrastrukturlarının yaxşılaşdırılması üçün maliyyələşdirmə və institusional inkişaf üçün zəruri resursların təmin edilməsi kimi vacib məsələlərə diqqət yetirildi. Görüş sual-cavab rejimində keçirildi və iştirakçılar onları maraqlandıran mövzular üzrə nazirdən ətraflı məlumat almaq imkanı əldə etdilər”, – Təhsil, Elm və Gənclər Nazirliyinin məlumatında deyilib.
Qurumun məlumatına görə, şuranın iclasında Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Baia Kvitsiani, nazirliyin nümayəndələri və kollec rəhbərləri iştirak edirdilər.
“Nazirin qərarı ilə Şuranın iclası mütəmadi olaraq keçirilir və hər iclasda üzvlər tərəfindən peşə təhsili sisteminin gücləndirilməsinə, tələbələrin imkanlarının genişləndirilməsinə xidmət edən, ölkənin iqtisadi inkişafına töhfə verən bütün təşəbbüslər mərhələli şəkildə müzakirə olunur”, – Təhsil, Elm və Gənclər Nazirliyinin məlumatda qeyd olunur.