Qivi Mikanadze Siğnaği Bələdiyyəsinin məktəblərində şagirdlərin valideynləri ilə görüş keçirib
Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze Qurcaani, Saqareco, Dedoplistskaro və Siğnaği bələdiyyələrinin nümayəndəsi Qia Benaşvili ilə birlikdə Siğnaği bələdiyyəsində ictimai məktəblərin şagirdlərinin valideynləri ilə işgüzar görüş keçirib.
Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir görüş iştirakçılarını təhsil sistemində davam edən islahatların əsas istiqamətləri ilə tanış edib.
“Söhbət zamanı Qivi Mikanadze məktəblərdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq və tədris planının məzmununun inkişaf etdirilməsi üçün həyata keçiriləcək təşəbbüslərə diqqət yetirib.
Nazirin qeyd etdiyi kimi, təhsil islahatının əsas məqsədi məktəblərdə hər bir uşağın öz imkanlarını tam şəkildə reallaşdırmaq imkanı əldə edəcəyi şagird yönümlü, inklüziv və nəticəyə əsaslanan təhsil mühiti yaratmaqdır.
Söhbətdə məktəb infrastrukturunun təkmilləşdirilməsi və bu sahədə planlaşdırılan irimiqyaslı layihələrə toxunuldu.
Görüş sual-cavab rejimində davam etdi. Valideynlər özləri üçün vacib olan məsələlərlə bağlı birbaşa nazirdən ətraflı cavablar almaq imkanı əldə etdilər.
Gürcüstanın təhsil, elm və gənclər naziri məktəb icmasını təhsil islahatı konsepsiyası ilə tanış etmək üçün fəal şəkildə görüşlərini davam etdirir”, – Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd edilib.