Qivi Mikanadze azərbaycanlı həmkarı ilə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib
Qivi Mikanadze azərbaycanlı həmkarı ilə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib

Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Amurlayev ilə işgüzar görüş keçirib. Məlumatı Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi yayır.

Nazirliyinin məlumatına görə, nazirlər iki ölkənin təhsil sistemlərinin bütün səviyyələsində həyata keçirilən islahatları müzakirə ediblər və əməkdaşlığın genişləndirilməsi istiqamətində atılacaq addımlar barədə danışıblar.

“Qivi Mikanadzenin dediyinə görə, gürcü tərəfi azərbaycanlı şagirdlər, tələbələri və müəllimləri dəstəkləmək məqsədi ilə bir sıra mühüm təşəbbüs, o cümlədən məktəblərdə dil tədrisinin gücləndirilməsi və universitetlərdə tələbələrin maliyyələşdirilməsinin artırılması proqramları həyata keçirir.

Görüş iştirakçıları STEAM istiqamətində tərəfdaşlığın genişləndirilməsini vurğulayıblar, Azərbaycan tərəfi Gürcüstanda STEAM mərkəzi yaratmaq arzusunu ifadə edib, öz növbəsində Qivi Mikanadze azərbaycanlı həmkarının bu istiqamətdə əməkdaşlığa hazır olduğunu təsdiqləyib.

Qeyd olunub ki, Gürcüstan ilə Azərbaycan Respublikası arasında təhsil və elm sahəsində çoxillik əməkdaşlıq mövcuddur və bu tərəfdaşlıq təhsilin müxtəlif səviyyələrində irimiqyaslı birgə layihələrin həyata keçirilməsi yolu ilə daha da genişləndiriləcək.

Söhbət Gürcüstan və Azərbaycan Respublikalarının nazirliklərinin nümayəndələrini birləşdirəcək işçi qrupunun bərpasına toxundu. Qeyd olundu ki, qrup cari ilin avqust ayından etibarən bir sıra məsələlərlə bağlı fəal fəaliyyətə başlayacaq.

Görüşün sonunda Givi Mikanadze azərbaycanlı həmkarını Gürcüstana dəvət edib”, – məlumatda qeyd edilib.