Qivi Mikanadze Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ilə birlikdə gənclər forumunu açıb
Bakıda azerbaycan-gürcü Gənclər Forumu keçirilir. Forumun açılışını Gürcüstanın Təhsil, Elm və Gənclər Naziri Qivi Mikanadze və Azərbaycanın Gənclər və İdman Naziri Fərid Qayıbov edib. Bu barədə Gürcüstanın Təhsil Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, nazirlər forumda iştirak edən gənclərə müraciət ediblər və Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsi baxımından tələbələr arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətindən danışıblar.
Forum Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Tədbirin məqsədi iki ölkə arasında gənclər sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin aparılmasıdır. Forumda hər iki ölkənin ekspertləri, siyasətçiləri və gənc liderləri iştirak edirdi. Müzakirələr “Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmləndirilməsində gənclərin rolu” və “Rəqəmsal inqilab: gələcək üçün çağırışlar və imkanlar” mövzuları ətrafında aparılıb.
Gənclər Forumu çərçivəsində Azərbaycanın müxtəlif şəhərində, o cümlədən Quba və Sumqayıtda seminarlar, mədəni tədbirlər və maarifləndirici səfərlər təşkil olunacaq. Qeyd etmək lazımdır ki, Gənclər Forumu, eləcə də Yay Düşərgəsi Azərbaycan Respublikasında Gənclər Həftəsi çərçivəsində keçirilir və burada gürcü və azərbaycanlı tələbələr iştirak edirlər.
İyulun 22-də başlayan və iyulun 28-də başa çatan gürcü-azərbaycan Gənclər Həftəsi tələbələrə bir-birlərinin mədəniyyətlərini öyrənmək imkanı yaratmaqla yanaşı, həmçinin gənclər əlaqələrinin dərinləşməsinə və tələbələr arasında təcrübə mübadiləsinə kömək edir.