Qiorqi Vaşadze, Gürcüstanda seçkilərin beynəlxalq seçki administrasiyasının keçirməsini tələb edir
Qiorqi Vaşadze, Gürcüstanda seçkilərin beynəlxalq seçki administrasiyasının keçirməsini tələb edir

“Birlik – Milli Hərəkat”ın liderlərindən biri Qiorqi Vaşadze Gürcüstanda seçkilərin Beynəlxalq Seçki Administrasiyasının keçirməsini tələb edir.

Qiorqi Vaşadze parlament yaxınlığında davam edən aksiyada bir neçə qərar barədə, o cümlədən mandatların rədd edilməsi və siyahıların bağlanması barədə danışıb.

Eyni zamanda, Vaşadze qeyd edib ki, onlar heç bir danışıqlara daxil olmaq və dialoqlar aparmaq niyyətində deyillər. Qiorqi Vaşadzenin izahına görə, yeganə danışıq və razılaşma beynəlxalq administrasiyanın keçirəcəyi yeni seçkilərlə bağlı olmalıdır.

“Birincisi – həm siz, həm biz bu seçkiləri qeyri-legitim olaraq tanıyırıq.

İkincisi – biz bu parlamentə daxil olmaq niyyətində deyilik, bütün mandatdan imtina etməklə yanaşı, siyahıları bağlayacağıq.

Üçüncüsü – biz qalib gələnə qədər mübarizə aparacağıq və sizə söz verirəm, biz birlikdə qalib gələcəyik.

Dördüncüsü- bizim çox konkret tələbimiz var ki, seçkilər yenidən keçirilsin, ama Beynəlxalq Seçki Administrasiyası keçirsin”, – Qiorqi Vaşadze bildirib.