Qiorqi Tğemaladze Yerevanın vitse-meri ilə görüşüb
Qiorqi Tğemaladze Yerevanın vitse-meri ilə görüşüb

Tbilisinin vitse-meri Qiorqi Tğemaladze Yerli İnkişafın Regional Forumu (TBILISI RFSD) çərçivəsində səfərdə olan Yerevanın vitse-meri Armen Pambukçyan ilə görüşüb.

Tbilisi meriyasının məlumatına görə, görüşdə tərəflər həyata keçirilən layihələri və şəhərlərin gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“Yerevanın vitse-merinin yerli iqtisadi forumda iştirak etməsi vacibdir. Tbilisi və Yerevan qardaş şəhərlərdir. Bu gün biz şəhərlərimizdə həyata keçirdiyimiz islahatlar barədə təcrübəmizi bölüşdük. Yerevan nəqliyyat islahatına başlayır, bu baxımdan bizim təcrübəmiz onlar üçün xüsusilə maraqlıdır. Gələcəkdə də fəal əməkdaşlıq edəcəyimizi planlaşdırdıq və onlara müxtəlif qərarları və praktiki nəticələri ətraflı şəkildə təqdim edəcəyik”, – Qiorqi Tğemaladze bildirib.

Armen Pambukçyan ilə görüşdə Tbilisi meri müavini Andria Basilaia, Tbilisinin İqtisadi İnkişaf Şəhər Xidmətinin rəhbəri Vaxtanq Lomcaria və Sakrebulonun üzvü Kaxaber Labuçidze iştirak edirdi.