Levan Samxarauli adına Məhkəmə Ekspertizası Milli Bürosunun rəhbəri vəzifəsinə Qiorqi Murvanidze təyin edilib
Levan Samxarauli adına Məhkəmə Ekspertizası Milli Bürosunun rəhbəri vəzifəsinə Qiorqi Murvanidze təyin edilib

Levan Samxarauli adına Məhkəmə Ekspertizası Milli Bürosunun rəhbəri vəzifəsinə Qiorqi Murvanidze təyin edilib.

Müvafiq sərəncamı Baş nazir İrakli Kobaxidze verib.

Qiorqi Murvanidze bundan əvvəl Batumi merinin səlahiyyətlərini icra edən vəzifəsini tuturdu. O ixtisasca hüquqşünasdır və beynəlxalq münasibətlər doktoru elmi dərəcəsinə layiq görülüb. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini, Gürcüstan Texniki Universitetində beynəlxalq əlaqələr üzrə doktoranturanı bitirib. O, illər ərzində Levan Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosunda müxtəlif menecment vəzifələrində çalışırdı.