Qiorqi Marqebadze Qela Mtivlişvilinin ittihamına Facebook paylaşımı ilə cavab verir
Qiorqi Marqebadze Qela Mtivlişvilinin ittihamına Facebook paylaşımı ilə cavab verir

Jurnalist Qela Mtivlişvilinin hücumda ittiham etdiyi Kiçik və Orta SES-lər Assosiasiyasının rəhbəri Qiorqi Marqebadze ittihama Facebook paylaşımı ilə cavab verir.

“Efir bitdi; məni təhrik etdiniz, hər ikinizi söydüm, vurmaq üçün üstümə gəldin – səni qabaqladım.

SES-lər? Bəli! Ölkəmizin uğuru üçün mümkün qədər çox SES!!!” – Marqebadze sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, jurnalist Qela Mtivlişvili hücuma məruz qaldığını bildirir. Mtivlişvilinin sosial şəbəkədə yazdığı kimi, hücum nəticəsində üzündən xəsarət alıb və hücum barədə polisə bəyan edib.