Giorgi Kvirikaşvili - Mənim üçün qəbil edilməzdir ki, mənim komandamı təhqir edirlər və məni tərifləyirlər
Mənim üçün qəbil edilməzdir ki, mənim komandamı təhqir edirlər və məni tərifləyirlər. Mənə bu cür tərifləmə lazım deyil, öz sözlərini geri götürsün, – Giorgi Kvirikaşvili Giya Qaçeçiladzenin, “Utsnobinin” ittihamlarına bu cür cavab verdi. Onun dediyinə, Tariyel Xeçikaşvili layiqli insandır və o, heç bir zaman öz dövlət və biznes fəaliyyətini bir biri ilə qarışdırmayıb.
“Öz nazirliyi dövründə çox iş gördü. İdman federasiyalarında sonsuz münaqişələrə son qoydu, gənclər üçün bir çox maraqlı proqramlara başladı. Mənim üçün qəbil edilməzdir ki, mənim komandamı təhqir edirlər və məni tərifləyirlər. Mənə bu cür tərifləmə lazım deyil, öz sözlərini geri götürsün”, – Giorgi Kvirikaşvili bəyan etdi.
Giya Qaçeçiladze dünən keçirilən brifinqdə dövlət satınalmaların ədalətsiz şərtlərindən söhbət etdi.