Giorgi Kvirikaşvili - biz təsdiq etdik ki, Alyansın dəyərli və etibarlı partnyoruyuq
NATO-ya üzv olmaq ölkəmizin xarici və təhlükəsizlik siyasətinin ən əsas prioritetidir və Gürcüstan vətəndaşlarının möhkəm iradəsini əks etdirir, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili NATO-Gürcüstan Xalq Diplomatiyası Forumunun açılışında nitqlə çıxış edərkən bəyan etdi.
Giorgi Kvirikaşvilinin bəyan etdiyinə görə, NATO-Gürcüstan Xalq Diplomatiyası Forumu Gürcüstanda ilk dəfə keçirilir və artıq önəmli ənənə kimi formalaşdı.
“2018-ci ili biz, ümumxalq qoşulma və dialoq ili kimi bəyan etdik. Bizim məqsədimizdir ki, hər bir vətəndaş ölkənin inkişafında fəal iştirak etsin. Bu ilki forumun konsepsiyası – “360 dərəcə ilə komunikasiyadır”. Bildiyiniz kimi, NATO-ya üzv olmaq ölkəmizin xarici və təhlükəsizlik siyasətinin ən əsas prioritetidir və Gürcüstan vətəndaşlarının möhkəm iradəsini əks etdirir. Bu o qədər önəmlidir ki, hətta Gürcüstan konstitusiyasının yeni redaksiyasına daxil edildi. Biz təsdiq etdik ki, Alyansın dəyərli və etibarlı partnyoruyuq”, – Giorgi Kvirikaşvili bəyan etdi.