Qiorqi Kalandarişvili - Seçki Administrasiyasının əməkdaşlarının fərdi məlumatlarının ehtimal ki, qeyri-qanuni şəkildə işlənilməsi cəhdi davam edir, əməkdaşlara təzyiq edilməsinə imkan verməyəcəyik
MSK-nın sədri Qiorqi Kalandarişvilinin bəyanatına əsasən, Seçki Administrasiyasının əməkdaşlarına qarşı ehtimal olunan təzyiq və onların fərdi məlumatlarının qanuna zidd şəkildə işlənilməsi, istifadəsi cəhdi intensiv xarakter alır.
MSK-da keçirilən brifinqdə Kalandarişvilinin qeyd etdiyi kimi, seçki məmurları öz fəaliyyətlərini qanunvericiliyə uyğun, vicdanla aparırlar, iştirakçı tərəflər isə onların fəaliyyətinə qohumluq əlaqələri ilə deyil, əməlləri ilə qiymət verməlidirlər.
“2024-cü ilin 26 Oktyabr – Gürcüstanın parlament seçkilərinin yaxınlaşması ilə birlikdə Seçki Administrasiyasının əməkdaşlarına qarşı ehtimal olunan təzyiq və onların fərdi məlumatlarının qanuna zidd şəkildə işlənilməsi, istifadəsi cəhdi davam edir və intensiv xarakter alır. Bu dəfə söhbət “TV Pirveli” teleşirkətinin nümayəndələrindən biri tərəfindən Seçki Administrasiyasının əməkdaşları haqqında fərdi məlumatın ehtimal ki, qeyri-qanuni şəkildə işlənilməsi cəhdindən gedir. Təəssüf ki, bu, adıçəkilən teleşirkət tərəfindən administrasiya əməkdaşlarının məlumatlarının qeyri-qanuni şəkildə işlənilməsi cəhdi ilə bağlı ilk hadisə deyil. Seçki Administrasiyasının bütün iştirakçı tərəflərlə, o cümlədən media ilə əməkdaşlığa tamamilə açıq olması fonunda, administrasiyaya sualla müraciət edilməməsi, onlar haqqında məlumat tələb edilməməsi, eləcə də Seçki Administrasiyasının əməkdaşlarının fərdi məlumatının – qohumluq əlaqələri və sözügedən qohumların iş yerlərinin məlumatının işlənilməsi ilə əlaqədar hüquqi əsaslar və qanuni məqsədin olmaması göz önündə ikən bəhsi keçən məlumatın işlənilməsinə nədən ehtiyac duyulduğu aydın deyil.
Aydındır ki, bu, obyektiv suallar doğurur. Sözügedən media vasitəsinin nümayəndələrinin Seçki Administrasiyasının əməkdaşlarına və ya onların ailə üzvlərinə ünvanladıqları sualların məzmunu və forması Seçki Administrasiyasının əməkdaşlarını hakim partiya ilə əlaqələndirməyə cəhddən, müxtəlif qurumlardakı qohumlarının fəaliyyətinə və ya mümkün fəaliyyətinə görə onların fəaliyyətlərini qərəzli şəkildə təqdim etməkdən və bununla da Seçki Administrasiyasının nüfuzuna xələl gətirməkdən başqa heç bir ictimai mənafeyə xidmət edə bilməz, bu da öz növbəsində seçkilərin müassirləşdirilməsinin mühüm prosesinə maneə törədəcək və seçki mühitinə xələl gətirəcək.
Xüsusilə qeyd etmək istərdik ki, nə qohumluq əlaqələri, nə də ailə üzvlərinin, əgər varsa, qohumlarının fəaliyyəti qanunla Seçki Administrasiyasının heç bir əməkdaşının fəaliyyətinin qiymətləndirilməsi üçün meyar ola bilməz. Seçki məmurları öz fəaliyyətlərini qanunvericiliyə uyğun, vicdanla aparırlar, iştirakçı tərəflər isə onların fəaliyyətinə qohumluq əlaqələri ilə deyil, əməlləri ilə qiymət verməlidirlər” – Kalandarişvili bildirib.
Qiorqi Kalandarişvilinin qeyd etdiyi kimi, Seçki Administrasiyası əməkdaşlara təzyiq edilməsinə imkan verməyəcək və hər bir faktla bağlı qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.
“Administrasiyanın əməkdaşları seçkilərin yüksək peşəkarlıq səviyyəsində keçirilməsini təmin etmək üçün qanuna uyğun və ləyaqətlə fəaliyyətlərini davam etdirəcəklər. Seçki Administrasiyası isə ənənəvi olaraq, öz əməkdaşlarının qanuni mənafelərinin müdafiəçisi olacaq və əməkdaşların peşə fəaliyyətinə maneə törədilməsi və ya başqa formada təsir göstərilməsi məqsədilə təzyiq edilməsinə imkan verməyəcək. Bu maraqların pozulmasının hər bir faktı ilə bağlı isə qanunla nəzərdə tutulmuş bütün tədbirlər görüləcək, o cümlədən bütün beynəlxalq tərəfdaşlar məlumatlandırılacaq.
Xüsusilə qeyd etmək istərdik ki, biz daima ən yaxşı əməkdaşlıq standartını rəhbər tuturuq və istənilən media vasitəsinə seçki məsələləri ilə bağlı səriştəli və yoxlanılmış məlumatlar təqdim etməyə hər zaman hazırıq. Lakin, gələcəkdə istənilən media vasitəsi tərəfindən administrasiyanın nümayəndələri ilə ünsiyyət zamanı qanunun və etik normaların tələblərinin pozulması halında, biz əməkdaşlıq məsələsinə yenidən baxmağa məcbur olacağıq ki, bu da yalnız Seçki Administrasiyasının fəaliyyəti və əməkdaşları haqqında seçicilərə obyektiv məlumatın verilməsinin ilkin şərti olacaq” – Qiorqi Kalandarişvili qeyd edib.