Qiorqi Kalandarişvili dairə seçki komissiyaları ilə işgüzar görüşlərini davam etdirir
Qiorqi Kalandarişvili dairə seçki komissiyaları ilə işgüzar görüşlərini davam etdirir

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Qiorqi Kalandarişvili bölgələrdəki Dairə Seçki Komissiyaları ilə işgüzar görüşlərini davam etdirir və bələdiyyə orqanlarının seçkilərinə hazırlıqla şəxsən tanış olur. Bu barədə MSK məlumat yayır.

MSK-nın məlumatına görə, Qiorqi Kalandarişvili Kutaisi Dairə Seçki Komissiyasında MSK-nın Aparat/Hüquq şöbəsinin rəhbəri Qiorqi Santuriani ilə növbəti işgüzar görüş keçirib.

Onlar 4 oktyabr bələdiyyə orqanları seçkiləri üçün komissiya tərəfindən həyata keçirilmiş və davam edən fəaliyyətlər və tədbirlər barədə ətraflı məlumat aldılar. Həmçinin tərəflər məntəqə seçki komissiyalarının təlim və peşəkar hazırlıq prosesini müzakirə etdilər.

“Dairə seçki komissiyalarında regional görüşlər davam edir. Bu dəfə Kutaisidəyik və iş görüşü formatında dairə seçki komissiyasının bütün üzvlərindən seçkilərə hazırlıq, həmçinin, qurumun qarşısında duran yerli çağırışlar və ehtiyaclar barədə məlumat almaq imkanı əldə edirik. Təbii ki, belə görüşlər seçkilərə qədər davam edəcək ki, biz yerli səviyyədə dairə seçki komissiyaları ilə daha sıx əlaqədə olaq, bu da öz növbəsində seçkilərin effektiv və yüksək peşəkarlıq səviyyəsində idarə olunmasına töhfə verəcək”, – Qiorqi Kalandarişvili bildirib.

Qeyd etmək lazımdır ki, MSK-nın rəhbər şəxsləri ölkə miqyasında 2025-ci ildə keçiriləcək özünüidarəetmə seçkilərinə dair Dairə Seçki Komissiyalarının hazırlıq prosesləri ilə tədricən tanış olurlar”, – MSK-nın yaydığı məlumatda deyilib.