Soso Kutateladzenin qətli işi üzrə yaxalanan və sonralar azad olunan Giorgi Çanturaiya və bacısı, Mariam Çanturaiya Kvemo Kartli Diyar Polisində təkrar sorğudadırlar.
Giorgi Çanturaiyanın jurnalistlərə bildirdiyinə görə, müstəndiqin hansı sualları olması onun üçün məlum deyil. Onun dediyinə, heç yerə gizlənməyi düçünmürdü, buna görə də təkrar çağırılması onun üçün anlaşılmazdır.
Giorgi Çanturaiya ilə birlikdə bacısı, Mariam Çanturaiya da sorğudadır. Onun dediyinə görə, əmindir ki, qardaşının üstünə qətli atmayacaqlar. Mariam Çanturaiyanın dediyinə görə, müstəndiqlər dindirilmə üçün onun atasının yanına, klinikaya getmişdilər. Lakin sağlamlıq durumuna görə, Zurab Çanturaiya istintaqın sullarına cavab verə bilmədi.
Axtarışa gəldikdə, Rustavidə, Kazbeqi küçəsində Giorgi Çanturaiyanın evində axtarış başa çatdı. Müstəndiqin dediyinə görə, evdən qanuna zidd əşya çıxarılmayıb. Çıxarılan əşyalar ekspertizaya göndərilib.
Vəkilin jurnalistlərə bildirdiyinə görə, Giorgi Çanturaiyanın təkrar yaxalanmasını istisna edir.