Qiorqi Qvarakidze Azərbaycanın baş naziri Əli Əsədovla görüşüb
Gürcüstanın Baş prokuroru Qiorqi Qvarakidze Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşüb. Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Gürcüstan nümayəndə heyətinin üzvləri iştirak ediblər.
Baş nazirlə keçirilən görüşdə tərəflər iki ölkənin səlahiyyətli qurumları arasında mövcud olan sıx və effektiv əməkdaşlıq barədə danışıblar. Görüşdə qeyd olunub ki, Gürcüstan və Azərbaycan arasında mövcud olan dostluq və işgüzar münasibətlər ədalət mühakiməsi (hüquq) sahəsində sıx əməkdaşlığa töhfə verir. Gürcüstan və Azərbaycan Respublikası prokurorluqları arasında əməkdaşlığın xüsusi nailiyyətləri vurğulanıb, gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsinə dair hazır olduqları ifadə edilib.
Gürcüstanın Baş prokuroru Qiorqi Qvarakidze qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Baş nazirinə və Baş prokuroruna təşəkkür edib və qeyd edib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə sıx əməkdaşlıq gələcəkdə də davam edəcək. Həmçinin, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Gürcüstanın Baş prokuroru Qiorqi Qvarakidzeyə iki ölkə arasında səmərəli hüquqi əməkdaşlığa görə təşəkkür edib.
Baş nazirlə keçirilən görüşdən əvvəl Azərbaycan tərəfi Gürcüstan Prokurorluğunun nümayəndələrini Baş Prokurorluğun yeni inzibati binası, eləcə də Baş Prokurorluğun tabeliyində fəaliyyət göstərən Baş Antikorrupsiya İdarəsinin inzibati binası ilə tanış edib.
Məlumatı Gürcüstan Prokurorluğu yayır.