Giorgi Qaxariya və hökumətin yeni tərkibinə Parlament etimadını bəyan etdi
Gürcüstan Parlamenti Giorgi Qaxariya və hökumətin yeni tərkibinə etimadını bəyan etdi. Hökumət 98 deputatın dəstəyini qazandı. “Milli Hərəkat”, -“Avropa Gürcüstanı” və “Vətənpərvərlər Aliyansı” səsvermədə iştirk etmirdi.
Hökumətin bu gündən tərkibi:
Giorgi Qaxariya- baş nazir
Maya Tskitişvili – Bölgə İnkişaf və İnfrastruktur naziri
Natela Turnava – İqtisadiyyat və Davamlı İnkişaf naziri
David Zalkaliani – Xarici İşlər naziri
İvane Maçavariani – Maliyyə naziri
Mixeil Batiaşvili – Təhsil, Elm, Mədəniyyət və İdman naziri
Levan Davitaşvili – Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri
Elaterine Tikaradze – İşğal olunmuş ərazilərdən məcburi köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri
Vaxtanq Qomelauri – Daxili İşlər naziri
İrakli Ğaribaşvili – Müdafiə naziri
Tea Sulukiani – Ədliyyə naziri
Ketevan Tsixelaşvili – Barış və Mülki Bərabərlik məsələləri üzrə dövlət naziri