Giorgi Qaxariya - DİN seçkilər üçün dinc və təhlükəsiz mühiti təmin edəcək, bunu birinci turda bacardıq, ikinci turda da bacaracağıq
Polis bütün insanların hüququnun müdafiəçisi olacaq və bütün qanun pozuntusunun qarşısı polis tərəfindən alınanaq, – bu barədə Dİ naziri, Giorgi Qaxariya Zuqdididə Sameqrelo-Zemo Svaneti munisipalitetini merləri, sakrebulo sədrləri və majoritar deputatları ilə görüşü zamanı bəyan etdi.
“Bildiyiniz kimi, DİN seçkilər üçün dinc və təhlükəsiz mühiti təmin edəcək, bunu birinci turda bacardıq, ikinci turda da bacaracağıq. Mənim məqsədim Sameqreloda seçkilərin nə cür keçirilməsini cəmləşdirmək idi. Mən bütün Gürcüstanda seçkilərin dinc keçirilməsi kuratorluğunu götürdüm. Bunu mənə baş nazir həvalə etdi. Polis seçkilərə qarışa bilməz. Polis bütün insanların hüququnun müdafiəçisi olacaq və bütün qanun pozuntusunun qarşısı polis tərəfindən alınanaq”, – Giorgi Qaxariya bəyan etdi.
Giorgi Qaxariya Sameqreloda hakimiyyət tərəfindən dəstəklənmiş prezidentliyə müstəqil namizəd, Salome Zurabişvilinin seçki qərarqahının sədrini təqdim etdi. Qərargaha Sameqrelo-Zemo Svaneti qubernatoru Aleksandre Moseriliya rəhbərlik edəcək.