Giorgi Qaxariya daha bir müavinin və parlament katibini təyin etdi.

14:28, 28.11.2017

Daxili İşlər naziri, baş nazir müavini Giorgi Qaxariya öz müavini və Daxili İşlər Nazirliyinin parlamentdə katibi vəzifəsinə Natiya Mezvrişvilini təyin etdi.

DİN-in məlumatına görə, Natiya Mezvrişvili hüquq magistridir. 2007-2009-cu illərdə Qədim Tbilisi Rayon Prokurorluğunun prokuroru idi. 2009-2013-cü illərdə isə Gürcüstan Baş Prokurorluğunda müxtəlif vəzifələrdə işləyirdi. 2013-cü ilin dekabrından prokuror fəaliyyətinə nəzarət və strateji inkişaf departamentində rəis vəzifəsini tututdu.

 

Oxşar