Qiorqi Qaxaria – “Gürcü Arzusu” rejimi diplomatlara hücum edir, düşmənlə əlbir olur və Rusiyanın təbliğatını təkrarlayır, bu, Gürcüstanı demokratik dünyadan uzaqlaşdırmaq üçün şüurlu cəhddir
“Gürcü Arzusu” rejimi Gürcüstanın ən yaxın dost və müttəfiqlərinin diplomatlarına hücum edir, eyni zamanda düşmənlə əl bir olur və Rusiyanın təbliğatını təkrarlayır, – bu barədə “Qaxaria – Gürcüstan Naminə” partiyasının sədri Qiorqi Qaxaria X sosial şəbəkəsində yazır.
Onun dediyinə görə, “Gürcü Arzusu” Gürcüstanın Avropa gələcəyi üçün ən böyük daxili təhlükədir.
“Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinskiyə dəstəyim. “Gürcü Arzusu” rejimi Gürcüstanın ən yaxın dost və müttəfiqlərinin diplomatlarına hücum edir, eyni zamanda düşmənlə əlbir olur və Rusiyanın təbliğatını təkrarlayır. Bu, müttəfiqlərimizi aşağılamaq, Avropa İttifaqının imicinə xələl gətirmək və Gürcüstanı demokratik dünyadan uzaqlaşdırmaq üçün şüurlu cəhddir. “Gürcü Arzusu” Gürcüstanın avropa gələcəyi üçün ən böyük daxili təhlükədir”, – Qiorqi Qaxaria yazıb.