Qiorqi Qaxaria dindirildikdən sonra prokurorluğu tərk edib
Qiorqi Qaxaria dindirildikdən sonra prokurorluğu tərk edib

“Qaxaria- Gürcüstan Naminə” partiyasının lideri Qiorqi Qaxaria Tbilisi prokurorluğunu tərk edib. Qaxaria qurumda təxminən üç saat ərzində dindirilirdi.

Tbilisi Prokurorluğunu tərk etdikdən sonra Qaxaria mediaya müsahibənin təfərrüatlarını şərh etməyib. O, sabah bu mövzu ilə bağlı brifinq keçirəcəyini deyib.

Qiorqi Qaxarianın dindirilməsi ehtimal ki, yanvarın 15-də “Sheraton Batumi”də baş verən insidentlə bağlıdır.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin zorakılığı nəzərdə tutan 126-cı maddəsi ilə istintaq başladılıb.