Giorgi Qaxaria - Davit Qareci məsələsi ilə spekulyasiya edərək, etnik münaqişə yaratmağa çalışanlara müraciət edirəm, bu mövzu ilə bağlı ehtiyatlı olun
“Əminəm ki, demarkasiya çərçivəsində, strateji partnyorumuz və qardaş dövləti ilə elə bir razılığa nail olacağıq ki, necə bir tarixi və mədəni abidənin, eləcə də, bizim kilsəmizin maraqları qorunacaq” – bu bəyanatı Milli Təhlükəsizlik Şurasının ilk iclası başa çatdıqdan sonra, şuranın katibi, Daxili İşlər Naziri Giorgi Qaxaria verdi.
Jurnalistlər Qaxariaya Davit Qareci məsələsinin iclasda müzakirə olub-olmadığı haqqında sual verdilər.
“Davit Qareci məsələsinə gəlincə, hamımız bilirik ki, bu çox incə bir mövzudur. Əlbəttə ki, o bizim tarixi və mədəni abidəmizdir, post-sovet mirasımızdır və sərhədlərin demarkasiyasını maksimal olaraq, tez zamanda başa çatdıracağıq.
Birmənalı olaraq, Davit Qareci məsələsi ilə spekulyasiya edən və etnik münaqişə yaratmağa çalışanlara müraciət edirəm, bu mövzu ilə bağlı ehtiyatlı olsunlar. Bu məsələyi strateji partnyorumuzla dövlətlər səviyyəsində həll edəcəyik” – dedi Giorgi Qaxaria.