Qiorqi Amilaxvari - Gürcüstanda seçki öncəsi iğtişaşların törədilməsinin nəyə xidmət etməsi başa düşüləndir, əminik ki, aidiyyatı qurumlar istintaqa səriştəli cavab verəcəklər
Gürcüstanda seçki öncəsi iğtişaşların törədilməsinin nəyə xidmət etməsi başa düşüləndir, əminik ki, aidiyyatı qurumlar istintaqa səriştəli və obyektiv cavab verəcəklər – bu haqda təhsil naziri Qiorqi Amilaxvari hökumətin iclası başa çatdıqdan sonra jurnalistlərə bildirib.
Amilaxvariyə Dövlət Təhlükəsizliyi Xidmətində terrorçuluq və sui-qəsd hazırlığı işi üzrə aparılan istintaqla bağlı sual ünvanlanıb.
“Bu, müvafiq qurumların səlahiyyətindədir. Faktın özü çox mənfur və qınaq doğuran haldır, çünki Gürcüstanda seçki öncəsi hazırlıqlar gedərkən buna bənzər cəhdlərin, iğtişaşların törədilməsinin nəyə xidmət etməsi başa düşüləndir. Ona görə də əminik ki, aidiyyatı qurumlar istintaqa səriştəli və obyektiv cavab verəcəklər” – deyə Amilaxvari bildirib.